RU

Ermənistanda səfərdə olan Muradovdan Qərbi Azərbaycan açıqlaması

“Qərbi Azərbaycan ifadəsi Ermənistana qarşı ərazi iddiası anlamına gəlmir”.
Teleqraf xəbər verir ki, bu barədə Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov İrəvanda jurnalistlərə açıqlamasında deyib.
Erməni jurnalistin “Qərbi Azərbaycan məsələsində söhbət nədən gedir, bu, ərazi iddiası deyilmi” sualına M.Muradov belə cavab verib:

“Qətiyyən yox. “Qərbi Azərbaycan” deyiləndə, bu, nəzərdə tutulmur. Ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyır və hörmət edirlər. Bu, daha çox xalqın maraqlarına xidmət edən, mədəni irslə maraqlanan QHT-dir. Çünki onlar uzun illər bu ərazilərdə (Qərbi Azərbaycanda – red.) yaşayıblar və insanlar öz doğmalarının məzarlarını ziyarət etmək istəyirlər və sair. Bu, daha çox mədəni irslə bağlı olan və xalqın maraqlarına xidmət edən anlayışdır”.

Xatırladaq ki, Türkiyə və Azərbaycandan olan nümayəndə heyətləri NATO Parlament Assambleyasının 22-23 sentyabr tarixlərində İrəvanda keçirilən seminarında iştirak edirlər.
Избранный
17
2
sherg.az

3Источники