RU

Estoniyada “Aşıq və muğam” konserti keçirildi

Estoniyanın Tallin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Mere” Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Aşıq və muğam” adlı konsert keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı qismində rəssam Rövşən Nurun rəhbərlik etdiyi “Buta” Azərbaycan Mədəniyyət Mərkəzi çıxış edib.

Konsertdə Estoniya parlamentinin, Mədəniyyət Nazirliyinin, İnteqrasiya Fondunun, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Konsertdə muğam triosu - Asim Pirimov (tar), Hüseyn Nağıyev (kamança) və xanəndə Rəvanə Vəliyeva çıxış edib. Tallinin məşhur “Grace” rəqs truppası da səhnəyə çıxıb və Azərbaycan milli rəqslərini təqdim edib.

Qeyd edək ki, tamaşaçılar və qonaqlar bu konsertin xalqlar arasında mədəni əlaqələrin, dostluğun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

Избранный
9
2
kulis.az

3Источники