RU

“Səhər Azəri”dən gülməli iddia: “Azərbaycan neftini İsrail çirkləndirib”

Azərbaycana qarşı davamlı olaraq təxribat xarakterli fəaliyyət göstərən və mütəmadi şəkildə separatizmi dəstəkləyən İranın “Səhər Azəri” TV kanalı Adnan Əhmədzadə məsələsində də analoji açıqlamaları ilə diqqət çəkməyə başlayıb.

Kanal ötən gün Azərbaycan neftinin İsrail tərəfindən çirkələndirilə bilər iddiasını yayınlayıb.
Rəsmi səhifəsində dərc etdiyi məqaləsində TV iddia edib ki, İsrail hazırda Azərbaycan neftinin əsas idxalçısıdır. “Lakin SOCAR-dan neft almaq əvəzinə, Xəzər dənizindən çıxarılan neftin böyük hissəsinə nəzarət edən Britaniyanın BP şirkətindən neft idxal edir və xloridlə çirklənmiş neftin sionist rejimə satılması ehtimalı ilə bağlı hələlik heç bir məlumat yoxdur. Ona görə də istisna deyil ki, Bakının Avropaya ixrac etdiyi neftin sionist rejim tərəfindən çirkləndirilməsi versiyası ortaya çıxır. Sionistlər Bakı neftini gözdən salaraq onu daha ucuz qiymətə satın almaq üçün bu xain addımı atmış ola bilərlər”.
P.S. Bu kanal özü dediyini özü də təkzib edir. Bir tərəfdən Azərbaycan neftinin İsrailə satılması ilə bağlı hər hansı məlumat yoxdur. Ardından da iddia edir ki, Azərbaycan neftini İsrail çirkləndirib. Ağılıyca bununla Azərbaycan və İsrailin arasını vura biləcəklərini düşünürlər.
Избранный
3
2
yenilik.az

3Источники