RU

İxracatçılara əlavə dəstək mexanizmləri təqdim olunacaq

Bu ildən Azərbaycanda ixracatçılara əlavə dəstək mexanizmləri təqdim olunacaq.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.

Onun sözlərinə görə, bunlardan biri logistika subsidiyasıdır: "Bununla yanaşı, bu il "Invest in Azerbaijan" saytını təqdim edəcəyik. AZPROMO olaraq əsas məqsədimiz investorları cəlb etməkdir. Biz ixracatçıları investorlarla əlaqələndiririk və qeyri-neft-qaz sektoruna xüsusi önəm veririk. Bugünkü tədbirin əsas əhəmiyyəti isə Azərbaycanın dünya investisiya xəritəsində rolunun artırılmasıdır".//Report

Избранный
4
2
musavat.com

3Источники