RU

Cəlilabadda ət satış məntəqəsində normativ tələblər pozulub

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cəlilabad rayonu, Alar kəndində fəaliyyət göstərən sahibkara məxsus ət satış məntəqəsində normativ tələblər pozulub.

"Unikal" AQTA-ya istinadən xəbər verir ki, Əliyev Zahir Miri oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

"Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmədiyi müəyyən olunub. Həmçinin sahibkarın qanunsuz kəsim fəaliyyəti göstərdiyi, baytarlıq ekspertizasından keçirilməyən, müvafiq müşayətedici sənədləri olmayan ətlərin satışa çıxarıldığı aşkarlanıb", - məlumatda bildirilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması və sağlamlaşdırma işlərinin görülməsi üçün vaxt verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
8
unikal.az

10Источники