RU

Bu il Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

"Bu istiqamətdə müxtəlif təkliflər səsləndirilir. Konkret olaraq referendumla bağlı qərar müəyyənləşməyib".
 
Moderator.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov deyib. O xatırladıb ki, ölkəmizdə referendum Azərbaycan Respublikasının Prezidenti və Milli Məclis tərəfindən çağırıla bilər. 
 
"Regional idarəetmə və başqa məsələlərlə bağlı təkliflər var. Nə zaman məsləhət bilinsə, həmin vaxt referendum keçiriləcək. Referendum 2 ay əvvəldən elan edilməlidir. Bu ilin bitməsinə 3 ay qalıb, bir qərar yoxdur".
 
Referendumda hansı dəyişikliklərin edilə biləcəyinə gəlincə, MM üzvü qeyd edib ki, regional idarəetmə ilə bağlı dəyişikliklər ola bilər: "Prezidentin səlahiyyətli nümayəndələri, şəhər və rayon icra hakimiyyətinin başçıları və bələdiyyələr var. Təbii ki, bu işdə təkmilləşdirməyə ehtiyac var. Təkliflər var ki, iqtisadi zonalara bölünsün. Yəni, icra hakimiyyətləri həddindən artıq çoxdur. Bu da büdcədən kifayət qədər asılılıq yaradır, büdcə xərclərini artırır. İdarəetmənin sadələşdirilməsi, yeni formaya keçməsi təklifləri olur. Ölkə inkişaf etdikcə yeni baxışlar tələb olunur. Naxçıvan Muxtar Respublikasında və işğaldan azad olunmuş ərazilərdə səlahiyyətli nümayəndələr var. Qərarların qəbul olunmasında, aparılan abadlıq-quruculuq işlərində və digər məsələlərin hər birində yeniliklər tətbiq olunur. Ona görə müqayisəli şəkildə hər hansı qərar qəbul olunmalıdır ki, regionlarda vahid idarəetmə sistemi mövcud olsun. Bələdiyyələr yerliözünü idarəetmədir. Bu olmalıdır. Yəqin ki, gələcəkdə icra hakimiyyəti və səlahiyyətli nümayəndə məsələləri ilə bağlı qərarlar qəbul olunacaq".
 
Qeyd edək ki, 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu ilin elan edilməsi yenidən referendumla bağlı müzakirələri gündəmə gətirib. Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunub. Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə dəyişikliklər edilib.
Избранный
2
2
moderator.az

4Источники