Bakı. Trend:
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025minifutbol turnirinin qalibi müəyyənləşib.
Trend xəbərverir ki, sentyabrın 22-də Bakı Tennis Akademiyasında keçirilənfinal oyununda “Azneft” İstehsalat Birliyinin komandası “BalakhaniOperating Company LTD” hasilat şirkətinin futbolçuları iləqarşı-qarşıya gəlib.
Balaxanı neftçiləri parlaq oyun nümayiş etdirərək rəqiblərinə5:0 hesabı ilə qalib gəliblər. Eyni zamanda qalib komandanınqapıçısı Elşad Mustafayev turnirin “ən yaxşı qapıçı” tituluna dalayiq görülüb.
Beləliklə, “Balakhani Operating Company LTD” ötən il “Əsrinmüqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 mini-futbolturnirində qazandığı qalib titulunu təkrarlayıb.
“Balakhani Operating Company LTD” komandasının oyunçusu ƏləkbərƏlizadə sevinc hissini gizlətmirdi:
“Oyun çox gərgin və məsuliyyətli idi. Rəqib də güclü idi vəsonadək mübarizə apardı. Amma biz, bütün oyun boyu diqqətimiziitirmədik, bir-birimizə güvəndik və tapşırıqları sona qədər yerinəyetirdik. Qələbəmizi Azərbaycanın suverenliyini bayram edən hər birvətəndaşımıza həsr edirik”.
Kapitan Rəşad Quliyev isə cəmi üç il qatıldıqları SOCARmini-futbol turnirinin ikisinin qalibi olmağın qürurunuyaşayırdı:
“İl boyu formada qalmaq üçün məşqlərimizi davam etdiririk. Lakinsəni dəstəkləyən azarkeş toplusu, şirkətimizin rəhbərliyiqarşısında çıxış etmək tamam başqa bir hiss və məsuliyyətdir.Etimadlarını bir daha doğrultduğumuza sevindim”.