ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Bürclərin xarakterində maraqlı xüsusiyyətlər var. Kimisi utancaq olur, kimisi açıq sözlü, kimisi isə zarafatcıl və bir qədər də lağ etməyə meyllidir. Astrologiyaya görə bəzi bürclər başqalarına tez-tez sataşır, onlara zarafatla, bəzən isə bir az acı dillə lağ edir.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, ilk sırada Əqrəb gəlir. Onlar iti zəkaları ilə insanın zəif nöqtəsini tez tapır və söz atmaqdan çəkinmirlər. Oxatan bürcü də açıq sözlülüyü ilə seçilir, amma onların lağ etməsi daha çox yumorla qarışıq olur. Əkizlər bürcü isə danışqanlığı və zarafatcıl ruhu ilə insanlara tez sataşır, bəzən isə bilmədən incidir.
Bəzi hallarda Qoç da emosiyalarına qapılaraq qarşısındakı insana lağ etməyə meylli ola bilir. Lakin bu bürclərin niyyəti çox vaxt pislik etmək deyil, sadəcə özlərini əyləndirməkdir.
Astroloqlar bildirir ki, bu xüsusiyyətlər dostluq münasibətlərində maraqlı anlar yaratsa da, həssas insanların inciməsinə də səbəb ola bilər. Ona görə də zarafat edərkən qarşımızdakı insanın xarakterini nəzərə almaq vacibdir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.