RU

Cəlilabadda ət satış məntəqəsində normativ tələblər pozulub (FOTO)

Bakı.Trend:

Cəlilabad rayonu, Alar kəndində fəaliyyət göstərən sahibkaraməxsus ət satış məntəqəsində normativ tələblər pozulub.

Trend AQTA-yaistinadən xəbər verir ki, Əliyev Zahir Miri oğluna məxsus ət satışıməntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarıtərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktlarıntələblərinin pozulduğu məlum olub.

"Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı,müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin xüsusi geyim vəfərdi mühafizə vasitələrindən istifadə etmədiyi müəyyən olunub.Həmçinin sahibkarın qanunsuz kəsim fəaliyyəti göstərdiyi, baytarlıqekspertizasından keçirilməyən, müvafiq müşayətedici sənədləriolmayan ətlərin satışa çıxarıldığı aşkarlanıb", - məlumatdabildirilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib,nöqsanların aradan qaldırılması və sağlamlaşdırma işləriningörülməsi üçün vaxt verilib.

Cəlilabadda
Cəlilabadda
Избранный
13
8
az.trend.az

10Источники