RU

Marqarita Simonyan: Ərim komadadır, mən isə xərçəngəm

BAKI, 22 sentyabr. TELEQRAF

“Rossiya Seqodnya”nın baş redaktoru Marqarita Simonyan xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Teleqram kanalında bildirib.

“Yaza bilərdim ki, hər şey qaydasındadır, amma yalan danışmağı sevmirəm. Tiqran (həyat yoldaşı Tiqran Keosyan – red.) hələ də komadadır, mən isə xərçəngdən müalicə alıram”, - Simonyan bildirib.

O əlavə edib ki, tezliklə insanlar onu onu müxtəlif pariklərdə görəcək: “Tezliklə məni parikdə görəcəksiniz. Hansının daha uyğun olduğunu birlikdə seçəcəyik”.

M.Simonyan sentyabrın 9-da döş qəfəsindən əməliyyat olunduğunu açıqlamışdı.

Избранный
19
teleqraf.com

1Источники