Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı Təhlükəsizlik Forumu artıq regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi nüfuzlu beynəlxalq platformaya çevrilib. Onun əhəmiyyəti bir neçə mühüm aspekt üzrə qiymətləndirilə bilər".Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, artıq üçüncü dəfədir keçirilən foruma beynəlxalq maraq da ildən-ilə artmaqdadır. Arzuman Muradlının sözlərinə görə, forum iştirakçılarının sayının hər dəfə əvvəlki toplantıya nisbətən artması bunun bariz nümunəsidir:"Bu dəfəki forumda Ermənistan tərəfi də iştirak edir ki, bu da sözügedən toplantının təkcə ölkəmiz deyil, eyni zamanda regionumuz üçün nə dərəcədə önəmli olduğunu göstərir:"Forum, beynəlxalq ekspertlər, siyasətçilər, diplomatlar və analitiklər üçün aktual təhlükəsizlik məsələlərini — o cümlədən, Cənubi Qafqazda sabitlik, enerji təhlükəsizliyi, kiber təhlükəsizlik, hibrid müharibələr, post-münaqişə dövründə yenidənqurma və reinteqrasiya kimi mövzuları müzakirə etmək üçün mühüm bir tribuna rolunu oynayır".Arzuman Muradlı qeyd edib ki, bu kimi forumlar həm də Azərbaycanın doplomatik rolunun güclənməsi baxımından əhəmiyyətlidir. Bakı Təhlükəsizlik Forumu Azərbaycanın qlobal və regional siyasətdəki rolunu göstərir. Eyni zamanda ölkəni dialoq və əməkdaşlıq məkanı kimi təqdim edir. Paralel olaraq diplomatik təşəbbüslərini və balanslı xarici siyasətini nümayiş etdirir".İctimai birlik sədri deyib ki, bu kimi forumlar Azərbaycanın beynəlxalq nüfuzuna və siyasi çəki qazanmasına da töhfə verir:"Forum Qarabağ münaqişəsinin həllindən sonra bölgədə sülh təşəbbüslərinin irəli sürülməsi, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi, sülh sazişinin perspektivləri kimi məsələlərdə açıq dialoqu təşviq edir".Süleyman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.