RU

Çin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələri möhkəmləndirmək niyyətindədir - səfir Lu Mey

Çin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələri möhkəmləndirmək niyyətindədir.

Day.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə əsasən, Cənubi Qafqaz və Mərkəzi Asiya həm regional, həm də qlobal müstəvidə mühüm rol oyanamaqdadır. Unikal coğrafı üstünlükləri olan bu regionlar Asiya ilə Avropanın kəsişməsində yerləşir və Asiya ilə Avropanı birləşdirmək üçün möhkəm təmələ və potensiala malikdirlər

"Bu regionlar ticarət, sivilizasiyalararası dialoq, eləcə də dünyanın elm və texnologiya sahələrinin inkişafına unikal töhfə verəcək. Buna görə Çin bu regiona böyük önəm verir və regiondakı bütün ölkələrlə dostluq münasibətlərini dəstəkləyir. Gələcəkdə biz ticarət və investisiyalar, nəqliyyat və infrastruktur əməkdaşlığı, energetika, "yaşıl" və rəqəmsal innovasiyalar, eləcə də insan əlaqələrinin möhkəmləndirilməsi daxil olmaqla bütün sahələrdə bu ölkələrlə tərəfdaşlığı daha da gücləndirəcəyik", - deyə səfir bildirib.

Lu Mey qeyd edib ki, qlobal iqtisadiyyat dərin inteqrasiya olunub və hər bir ölkənin uğuru digər ölkələrin uğurundan asılıdır.

Избранный
2
1
day.az

2Источники