RU

İqtisadiyyatı diversifikasiya etmək üçün ixrac potensiallı sektoru inkişaf etdirməliyik - Nazir müavini

Bakı. Trend:

İqtisadiyyatı diversifikasiya etmək üçün ixrac potensiallısektoru inkişaf etdirməliyik.

Trend xəbərverir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini SəmədBəşirli bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalqİnvestisiya Forumunda bildirib.

O xatırladıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonraiqtisadiyyatının əsas problemləri fərqli idi: "İlk illərdəmakroiqtisadi sabitliyimiz yox idi. Sabitliyi təmin etdikdən sonraisə əsas problemimiz neft və qaz sektoru oldu. İqtisadiyyatımızəsasən bu sahəyə əsaslanırdı. Hələ də ÜDM-də və ixracımızda neft vəqazın böyük payı mövcuddur.

Eyni zamanda, son altı ildə qeyri-neft ixracı, demək olar ki,iki dəfə artıb. Buna görə də əsas məqsədimiz iqtisadiyyatındiversifikasiyasıdır. Bu prosesə illər öncə başlamışıq və müəyyənuğurlar əldə etmişik, lakin hələ də bu iş davam edir.

İqtisadiyyatı diversifikasiya etmək üçün ixrac potensialı olansektoru inkişaf etdirməliyik. Burada əsas rol istehsalat sektorunadüşür. Qeyri-neft sektorunun sənayeləşdirilməsi üçün sənayezonaları yaratmışıq. Hazırda 170-dən çox müəssisə qeydiyyatdankeçib, 4 milyard dollardan çox investisiya qoyulub və 10 000-dənçox iş yeri yaradılıb.

Həmçinin xarici investisiyaların cəlb olunması daönəmlidir".

Nazir müavini vurğulayıb ki, bunun üçün əlverişli investisiyamühiti, sabit makroiqtisadi mühit, rəqabətli vergi sistemi vəsadələşdirilmiş gömrük prosedurları təmin olunmalıdır: "Bu günsəhər bir Memorandum və dövlət-özəl tərəfdaşlıq sazişi imzalamışıq.Bunların hamısı qeyri-neft sektoruna və xarici birbaşainvestisiyalara yönəlib.

Regional əlaqəlilik və inteqrasiya da önəmlidir. Bu baxımdan,geopolitika, davamlılıq və texnologiya məsələləri böyük roloynayır. Qeyd etmək istəyirəm ki, biz quru ölkəyik və buna görə dəmüvafiq infrastruktur layihələrinə ciddi investisiya qoyuruq.

Davamlılıq məsələsinə gəlincə, ilk növbədə iqtisadiyyatındiversifikasiyası vacibdir. Bununla yanaşı, iqtisadiyyatınmürəkkəbliyini artırmaq, daha mürəkkəb və rəqabətli məhsullaristehsal etmək lazımdır. Qeyri-neft ixracı əvvəllər əsasən kəndtəsərrüfatı məhsullarından ibarət idisə, indi emal olunmuş kəndtəsərrüfatı və sənaye məhsulları daha çox paya malikdir. Rəqabətlisənaye qurmaq üçün innovasiya və texnologiya əsasdır".

"Beləliklə, biz quru ölkə olaraq nəqliyyat dəhlizlərinəinvestisiya qoyuruq, iqtisadiyyatımızı diversifikasiya edirik,mürəkkəbliyini artırırıq və daha rəqabətli məhsullar istehsaledirik. Bütün bunlar isə texnologiya və investisiyaların cəlbolunması ilə mümkündür", - deyə nazir müavini qeyd edib.

Məqalədə:
Избранный
15
1
az.trend.az

2Источники