ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 22 sentyabr, AZƏRTAC
Futbol veteranı, Avropa və dünya çempionu olmuş Arif Əsədov “Əfsanələr Kuboku”nda iştirak edib.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, veteran futbolçu yarışda Asiya yığmasının heyətində meydana çıxıb. Turnirdə Rusiya, Serbiya, Türkiyə, Avropa və Dünya yığmaları da mübarizə aparıblar.
Arif Əsədovun formasını geyindiyi Asiya yığması 3-cü yer uğrunda qarşılaşmada Dünya yığmasına 7:10 hesabı ilə məğlub olaraq turniri 4-cü pillədə başa vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.