RU

SON DƏQİQƏ! Avropa Rusiyanın hücum qorxusu ilə ÇALXALANIR - Almanlar HƏRƏKƏTƏ KEÇDİLƏR

Almaniyada mülki sığınacaqlara maraq sürətlə artır.

Olaylar.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkədə bunker tikintisi ilə məşğul olan şirkətlər son aylarda sifarişlərin əhəmiyyətli dərəcədə çoxaldığını bildirirlər.

Bunker inşaatçısı Mario Peyde açıqlamasında qeyd edib ki, bu ilin yanvar ayından etibarən sorğuların sayı 50 faiz artıb. Onun şirkəti Almaniyanın müxtəlif bölgələrində fərdi və kollektiv sığınacaqlar tikir.

Xüsusilə Rusiya pilotsuz təyyarələrinin Polşaya hücumundan sonra şirkətə müraciətlərin sayı kəskin yüksəlib.

"Həmin gün telefonlarımız susmadı", - deyə Peyde bildirib.

Mütəxəssisin sözlərinə görə, son vaxtlar təkcə fərdi şəxslər deyil, həm də şirkətlər bunker sifarişlərinə böyük maraq göstərir.

Hazırda sorğuların təxminən 30 faizi məhz bu sektordan gəlir. Ev sahibləri isə daha çox evlərinin altında şəxsi bunker inşa etdirməyə üstünlük verirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
2
olaylar.az

3Источники