Payızın gəlişi və havaların soyuması mərkəzi istiliyin nə vaxt veriləcəyi sualını yenidən aktuallaşdırıb. Mərkəzi istilik sistemi hava şəraitinə görə erkən verilə bilərmi?
Bu barədə News24.az “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq, ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, istiliyin başlama və bitmə müddəti istilik enerjisindən istifadə qaydaları ilə təsdiqlənir:
“Bu qaydalara əsasən, noyabrın 15-də bütün respublika üzrə istilik mövsümü başlayır. Erkən istiliyin verilməsi barədə isə, mövsümün başlanmasına hələ 2 aya yaxın vaxt qaldığından, perspektivdə belə bir fikir yoxdur”.
Xeyrənsə Piriyeva