RU

Balıkesir ölümcül zəlzələdən ayyarım sonra yenə silkələndi - FOTO

Türkiyənin Balıkesir vilayətində 4.5 bal gücündə zəlzələ baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Bildirilir ki, təkanlar Sındırgı qəsəbəsində qeydə alınıb.
 
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə olub.
 
AFAD bölgədə heç bir ciddi problemlərin olmadığını və yoxlamaların davam etdiyini bildirib.
 
Qeyd edək ki, vilayətdə gecə saatlarında da 4.9 bal gücündə zəlzələ olub.
 
Xatırladaq ki, avqustun 10-da Balıkesirdə baş verən 6.1 bal gücündə zəlzələ dağıntılar və bir nəfərin ölümü ilə nəticələnmişdi. Həmin vaxtdan etibarən vilayətdə mütəmadi olaraq yeraltı təkanlar qeydə alınır.

 

Избранный
14
2
moderator.az

4Источники