Səfər ərəfəsində TürkiyəABŞ mallarına əlavə vergini ləğv edib.Həmin vergi 2018-ci ildə amerikalı keşişEndryu Bronsonun həbsi nəticəsində yaranan gərginlik zamanı tətbiq edilmişdi.
Səfər zamanı“F-35” təyyarələri ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətiriləcəyi də gözlənilir. Yada salaq ki, ABŞ Türkiyəyə “Patriot” sistemləri satmadığı üçün AnkaraRusiyadan “C-400” raketləri almış,nəticədə Vaşinqton onu “F-35” layihəsindən kənarlaşdırmışdı. Məhz bu mövzu Türkiyənin ABŞ və NATO ilə münasibətlərinin korlanmasında əsas rolu oynamışdı.
“Bloomberg”ə görəAnkara40 ədəd “F-35”, 40 ədəd “F-16 Viper” almaq niyyətindədir.Türkiyənin Rusiyadan aldığı “С-400” hava hücumundan müdafiə sistemləri üzərində ABŞ-nin nəzarət mexanizminin yaradılması haqqında da müzakirə aparılacaq. AmmaVaşinqtonun təzyiqlərinə baxmayaraq, Türkiyə “C-400”lərdən tam imtina etməyi düşünmür.
Sərnişin təyyarələrinə gəlincə, hazırda Türkiyə hökuməti “Turkish Airlines” şirkətini ölkənin dünyadakı əsas brendlərindən birinə çevirmək istiqamətində çalışır. Buna görə də “Boeing Co.” İlə $900 milyardlıq müqavilə imzalanacaq.
Bu gün keçirdiyi mətbuat konfransındaRəcəb Tayyib ƏrdoğanQəzza məsələsinin və Suriyadakı vəziyyətin əsas müzakirə mövzularından olacağını da vurğulayıb.
Tariyel Həsənov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта