RU

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan TƏHSİL.BİZ-ə bildirilib ki, Günəş fəallığı zəifləyib. Həftə ərzində əsasən C sinifli alışmalar olub. Günəşin səthində ləkələrin sayı artıb.

Günəş küləyinin maksimal sürəti 872 saniyədə kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır.

Sentyabrın 22-dən 28-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faizdir təşkil edir.

Günəş küləyi sürətinin mənfi qütblü tac dəliklərinin axınlarının geoeffektiv olması nəticəsində gün ərzində artacağı, sonra isə normala dönəcəyi gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə bu gün G1 (zəif geomaqnit qasırğası) səviyyəsinə yüksəlməsi ehtimalı var. Sonrakı günlərdə isə əsasən sakit səviyyələrin müşahidə olunacağı gözlənilir.

Избранный
1
2
tehsil.biz

3Источники