
Şimali Koreya lideri Kim Çen In ABŞ-ı uzun müddətdir dalana dirənmiş diplomatik prosesin bərpası üçün ilkin şərt kimi irəli sürdüyü nüvə silahı tələbindən əl çəkməyə çağırıb.
Kim Şimali Koreyanın dövlət mediası tərəfindən yayımlanan parlamentdəki çıxışında Cənubi Koreya ilə dialoqu bərpa etmək niyyətində olmadığını bildirib.
Kim Çen In ABŞ-ın tərksilah mövqeyini kəskin tənqid edib
"Dünya ABŞ-ın digər ölkələri nüvə silahlarından imtina etməyə və tərksilah etməyə məcbur etdikdən sonra nə etdiyini çox yaxşı bilir" deyən Kim, nüvə silahlarından heç vaxt əl çəkməyəcəklərini və sanksiyaların ləğvi müqabilində düşmən ölkələrlə ticarət danışıqlarının aparılmayacağını əlavə edib.
Kim ABŞ prezidenti Donald Trampla ilk görüşləri ilə bağlı xoş xatirələrinin olduğunu deyib, lakin əlavə edib ki, əgər Vaşinqton nüvə tərksilahı ilə bağlı aldadıcı vəsvəsəsindən əl çəkərsə, ABŞ ilə danışıqları bərpa etməmək üçün heç bir səbəb yoxdur.
Nə oldu?
Tramp və Şimali Koreya lideri Kim Çen In ilk dəfə 2018-ci il iyunun 12-də Sinqapurda görüşüb və Koreya yarımadasının nüvəsizləşdirilməsi və davamlı sülhə nail olmaq barədə razılığa gəlib.
İki lider 26-27 fevral 2019-cu il tarixlərində Vyetnamda yenidən görüşdülər, lakin sammit gözlənildiyindən daha tez və razılaşma olmadan başa çatdı. Nəhayət, 30 iyun 2019-cu ildə iki lider Şimali və Cənubi Koreya arasında hərbisizləşdirilmiş zonada görüşərək nüvə danışıqlarını davam etdirmək barədə razılığa gəldi.