RU

Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatdı – YENİLƏNİB

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, açarlar sakinlərə tədqim olunub.

Sabahinfo.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə kəndə 29 ailə (115 nəfər), ümumilikdə isə 118 ailə (671 nəfər) köçürülüb.

***

13:28

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

Sabahinfo.az xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 29 ailə (115 nəfər) köçürülüb.

Bununla da kəndə köçürülən ailələrin sayı 118-ə (671 nəfər) çatacaq.

***

11:53

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Sabahinfo.az xəbər verir ki, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 29 ailə - 115 nəfər köçürülüb.

Избранный
29
5
sabahinfo.az

10Источники