RU

Çin XİN: Qəzza Fələstinə məxsusdur

Çin XİN: Qəzza Fələstinə məxsusdur

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qu Ciaqun bildirib ki, Qəzza Fələstin xalqına aiddir və Fələstin ərazisinin ayrılmaz hissəsidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb. İsrail Qəzzadakı hücumları dayandırmalıdır. Hazırkı şəraitdə atəşkəsin təmin olunması və humanitar böhranın yumşaldılması çox vacibdir. "Sülhün bərqərar olması həm fələstinli, həm israililər, həm də Yaxın Şərq xalqlarının ümumi məqsədidir" - deyə Qu Ciaqun qeyd edib.

O, həmçinin İsrailə təsiri olan ölkələrin məsuliyyətini yerinə yetirməsinin vacibliyini, Fələstinin fələstinlilər tərəfindən idarə olunması və "iki dövlət, iki xalq" prinsiplərinin qorunmasını önə çəkib. Qu Ciaqun əlavə edib ki, beynəlxalq konsensusun qorunması və birtərəfli hərəkətlərdən çəkinmək zəruridir: "Sülh zorakılıqla təmin edilə bilməz."

Избранный
9
afn.az

1Источники