RU

“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi

Bakı. Trend:

29-30 sentyabr 2025-ci il tarixində paytaxt Bakıda nüfuzlu“INMerge” İnnovasiya Sammiti-2025 baş tutacaq. PAŞA Holdinq-intəşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnolojiyeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə dəmüxtəlif ölkələri təmsil edən iş adamları və investorlarınşəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində fintex,telekommunikasiya, elektron ticarət kimi sahələrdən olaninnovatorlar, investorlar və sahənin nüfuzlu liderləri Bakı KonqresMərkəzində bir araya gələcək.

Bu il sammit çərçivəsində sosial məsuliyyət sahəsində önəmliəməkdaşlıq elan edilib. Belə ki, tədbirin rəsmi sosial tərəfdaşıQırmızı Ürəklər Fondu seçilib. Bununla da sammit çərçivəsindəsatışa çıxarılan brendləşmiş geyim, aksesuar kimi promo məhsullarınsatışından əldə olunan gəlirlər Fonda ianə ediləcək. Bu təşəbbüsləsammit iştirakçıları və tərəfdaşlarına sosial layihələrə birbaşatöhfə vermək imkanı yaradılacaq.

Qeyd edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2020-ciildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupuolaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınanfond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil,təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacibmövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın aliməqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafındabirləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflıtanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçünhttps://redhearts.az saytınadaxil ola bilərsiniz.

Məqalədə:
Избранный
7
29
az.trend.az

10Источники