RU

1953-cü ildə göndərilən açıqca 72 ildən sonra sahibinə çatıb

ABŞ-də 1953-cü ildə yazılıb göndərilən açıqca 72 il sonra tapılaraq sahibinə çatdırılıb. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı Alan Bal tərəfindən Nyu-Yorkdan ailəsinə göndərilən məktub uzun illər itib.

Açıqca ötən ay İllinoys ştatının Ottava poçt şöbəsinə daxil olub. Ünvanın artıq istifadə olunmadığı məlum olduqdan sonra araşdırmalara başlanılıb.

Jurnalistlərin və könüllülərin səyi ilə məlum olub ki, göndərici hazırda Aydaho ştatında yaşayan 88 yaşlı doktor Alan Baldır. Poçt işçiləri məktubu ona çatdıraraq “Bağışlayın, bir az gec oldu” deyiblər.

Bal, gənclik illərində etdiyi Puerto Riko səfərini “həyatını dəyişən bir təcrübə” kimi xatırladığını bildirib. 

Qeyd edək ki, açıqca 1953-cü il iyunun 17-də, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahından göndərilib.

Seyranə Quliyeva Missiya.Az

Избранный
13
missiya.az

1Источники