RU

Birinci Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal dəyişikliklər fonunda strateji qovşaqlar” mövzusunda panel sessiyası keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinhimayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalqİnvestisiya Forumu çərçivəsində “Qlobal dəyişikliklər fonundastrateji qovşaqlar” mövzusunda panel sessiyası keçirilib.

Trendxəbər verir ki. sessiyada dövlət rəsmiləri, dünyanın aparıcı beyinmərkəzlərinin ekspertləri və beynəlxalq təşkilatların nümayəndələriiştirak ediblər.

“Euronews” kanalının nümayəndəsi Tobi Qreqorinin moderatorluğuilə keçirilən panel sessiyada rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev Azərbaycanın qlobal bazarlara çıxışı təmin edən mühümtranzit qovşağı kimi əhəmiyyətindən bəhs edib. Həmçinin, “BirKəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Cənubi Qafqaz və MərkəziAsiyada yeni əlaqə imkanlarının yaradılmasının regional sabitlik vəinkişaf üçün vacibliyini vurğulayıb. Nazir bildirib ki, Şərqlə Qərbarasında nəqliyyat marşrutlarının şaxələndirilməsi stratejiəhəmiyyət kəsb edir. Orta Dəhlizin tranzit imkanlarınınşaxələndirilməsində mühüm rol oynadığı, Zəngəzur dəhlizinin isəonun əsas arteriyalarından biri kimi çıxış edəcəyi diqqətəçatdırılıb.

Sessiyada xarici işlər nazirinin müavini Fariz Rzayev,energetika nazirinin müavini Orxan Zeynalov, Çin XalqRespublikasının fövqəladə və səlahiyyətli səfiri Lu Mei, DünyaBankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays, LUISSUniversitetinin Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinindirektoru Raffaele Marçetti, ABŞ-nin Azərbaycandakı sabiq səfiriMetyu Brayza və Braziliyanın Yeni İnkişaf Bankının sabiq prezidentiMarkos Troyxo Cənubi Qafqaz və Mərkəzi Asiyanın qlobaldəyişikliklər fonunda strateji əhəmiyyəti, bu regionların artanpotensialının beynəlxalq münasibətlərdə rolu, infrastruktur, enerjivə nəqliyyat layihələrinin transregional inteqrasiyanı təşviqetməsi barədə fikirlərini bölüşüblər.

“Sülh və rifah naminə Transmilli Yol (TRIPP)” və “Cənubi Qafqazvə Mərkəzi Asiyanın qlobal ssenaridə rolu” adlı 2 hissədən ibarətolan sessiyada “Roubini Macro Associates” konsaltinq şirkətinin başdirektoru, məşhur iqtisadçı Nuriel Rubini çıxış edib. İqtisadçımakroiqtisadi sabitlik, doğru idarəetmə, maliyyə kapitalı vədiversifikasiyanın iqtisadi inkişafda rolu, texnologiya ilə enerjiarasında mövcud sinerji, ənənəvi və təmiz enerji mənbələrininiqtisadi şaxələndirməyə təsirləri barədə fikirlərini bölüşüb.Bildirilib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya qlobal iqtisadiyyatınyeni multipolyar düzənində strateji rol oynayaraq, Avropa ilə Asiyaarasında körpü funksiyasını yerinə yetirir. TRIPP təşəbbüsü isəyalnız iqtisadi inteqrasiyanı deyil, həm də regional sülh və rifahıgücləndirən mühüm vasitədir.

Məqalədə:
Избранный
11
2
az.trend.az

3Источники