Bakı. Trend:
Dünya bankı yaxın 15 il ərzində Orta dəhlizin infrastrukturuna28 milyard dollar investisiya qoyuluşuna ehtiyac olduğunu təxminedir.
Trend xəbər verirki, bu barədə Dünya bankının Cənubi Qafqaz üzrə regional direktoruRoland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda çıxışında danışıb.
Onun sözlərinə görə, dəmir yollarına 25 milyard dollar,limanların genişləndirilməsi və müasirləşdirilməsinə isə 1,8milyard dollar tələb olunacaq.
Prays vurğulayıb ki, dəhlizin dar hissələrində - dənizdən dəmiryollarına, dəmir yollarından avtotraslara kimi müxtəlif nəqliyyatnövlərinin qovşağında ləngimələr meydana gəlir və bu problemlərihəll etmək lazımdır.
“Başqa bir vacib aspekt – dəhlizin ərazisindən keçdiyi ölkələrinsayının çox olmasıdır. Rəqəmsallaşma, prosedurlar və tənzimləmələrüzrə harmonizasiya olunmuş yanaşmaların tapılması son dərəcəvacibdir ki, dəhliz boyunca hərəkət maksimum dərəcədə fasiləsizolsun”,- deyə o qeyd edib.