RU

Azərbaycanda üzgüçülüyün inkişafı üçün Əməkdaşlıq Memorandumu imzalanıb

Avropa Su İdmanı Federasiyası (EA), Azərbaycan Üzgüçülük Federasiyası (ASF), Azərbaycan Tibb Universiteti (AMU) və Azərbaycan İdman Akademiyası (ASA) arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Memorandum imzalanıb.

İdman.biz xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına inandığını söyləyib.

Yenidən Bakıda olmaqdan məmnunluğunu dilə gətirən Avropa Su İdman Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva isə akademiya ilə əməkdaşlığın federasiya üçün əhəmiyyətli addım olduğunu söyləyib.

ASF-nin prezidenti Zaur Əliyev bu Memorandumun üzgüçülüyün inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev federasiya ilə birgə layihələr həyata keçirəcəklərini bildirib. O, milli komandanın beynəlxalq yarışlara hazırlığı üçün akademiyada hər bir şəraitin yaradılacağını deyib.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli vurğulayıb ki, bu əməkdaşlıq çərçivəsində təhsil, elmi-tədqiqat, idman tibbi və peşəkar üzgüçülüyün inkişafı istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Rəsmi çıxışlardan sonra Memorandum imzalanıb. Sonra Antonio Silvaya Azərbaycan Üzgüçülük Federasiyasının forması hədiyyə edilib.

Qeyd edək ki, bu ilin aprel ayında EA prezidenti Antonio Silva və birinci vitse-prezidenti Yosip Varvodiç Bakıya səfər ediblər. Onlar Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşərək əməkdaşlığın möhkəmləndirilməsi, üzgüçülüyün bütün növləri üzrə kütləviliyin artırılması və yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

İdman.biz

Избранный
3
2
idman.biz

3Источники