RU

I Liqa klubunun futbolçusuna 3 oyunluq cəza verildi - təcavüzkar davranışa görə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantına I Liqanın II turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

18.09.2025-ci il tarixində I Liqada II turun “Şahdağ Qusar” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18.09.2025-ci il tarixində I Liqada II turun “Difai” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18.09.2025-ci il tarixində I Liqada II turun “Şimal” – MOİK oyununun 90+4-cü dəqiqəsində MOİK komandasının 7 nömrəli futbolçusun Samir Məhərrəmli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, MOİK komandası 900 manat cərimə edilsin (maddə 45.1);

saytlarin hazirlanmasi

Избранный
11
4
sportal.az

5Источники