Aktual.az xəbər verir ki, bu barədə bir sıra rusiyalı iqtisadçının anket və hesablamalarında qeyd olunub.
İqtisadçılar Rusiya mağazalarında alkoqol istehlakının azaldığını, həmçinin kabablıq ətin pərakəndə satışında 11%-dən çox azalma olduğunu qeyd ediblər.
Onların sözlərinə görə, rəsmi mətbuat bunu yayın sərin keçməsi ilə əlaqələndirsə də, bu, belə deyil. Çünki Rusiyada ət istehlakı ən azı 7% azalıb.
"Vətəndaşlarımızın müəyyən faizi var ki, yaxşı gəlir əldə edir. Bunlara hərbi qulluqçular və müdafiə sənayesi işçiləri daxildir. Lakin əksəriyyət üçün bu, daha çətindir - qiymətlər gəlirlərdən daha sürətlə yüksəlir. Aksiz vergiləri artır, kommunal xərclər artır, yanacağın qiymətləri də artır – bütün bunlar vətəndaşların real rifahına təsir edir”, - Rusiya Mərkəzi Bankındakı mənbə "Kremlyovskaya Tabakerka” kanalına açıqlamasında deyib.