RU

Britaniya İsrailə çağırış etdi

Biz açıq şəkildə bildirmişik ki, bu qərar (Böyük Britaniyanın Fələstin dövlətini tanıması) həm İsrailin, həm də fələstinlilərin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.
ONN media xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri İvette Kupe BBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkəsinin Fələstin dövlətini tanımasına cavab olaraq İsrailin Qərb sahilinin bir hissəsini ilhaq etməsi yolverilməzdir və bu barədə Təl-Əvivə xəbərdarlıq edilib.
“Bu, sülhü, ədaləti və ən əsası Yaxın Şərqdə təhlükəsizliyi qorumaq üçündür. Biz bölgədəki bütün tərəflərlə bu istiqamətdə işləməyə davam edəcəyik. Ən asan yol sadəcə geri çəkilib “bu çox çətindir” demək olardı, lakin bu qədər dağıntı və əzab gördükdən sonra bunun doğru olmadığını düşünürük.
Biz İsrail dövlətini tanıdığımız kimi, fələstinlilərin də öz dövlətlərinə sahib olmaq hüququnu tanımalıyıq”, – deyə Kupe əlavə edib.
Qeyd edək ki, Böyük Britaniya ötən gün Fələstin dövlətini tanıyıb
Избранный
3
4
onn.az

5Источники