RU

2026 maliyyə ilində Dünya Bankı və Avropa İttifaqı Orta dəhliz üzrə yüksək səviyyəli dialoq irəlilətməyi planlaşdırır

Bakı. Trend:

Gələn maliyyə ilində Dünya bankı və Avropa İttifaqı birgəşəkildə Orta dəhliz üzrə yüksək səviyyəli dialoq irəlilətməyiplanlaşdırır.

Trend xəbər verirki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoruRoland Prays deyib.

“2026-cı maliyyə ilində Dünya Bankı və Avropa İttifaqı OrtaDəhliz üçün xüsusi olaraq investisiya prioritetlərininmüəyyənləşdirilməsi, birgə maliyyə imkanlarının yaradılması vəhesabatlılıq mexanizmi ilə koordinasiyanın gücləndirilməsiməqsədilə inkişaf tərəfdaşlarını bir araya gətirərək yüksəksəviyyəli dialoqu birgə şəkildə irəlilətməyi planlaşdırır”, - deyəo bildirib.

Praysın sözlərinə görə, bank Orta Dəhlizin inkişafı vətəkmilləşdirilməsinə dərin şəkildə cəlb olunub. O, marşrut boyuncainfrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasına,infrastrukturun operativ fəaliyyətinə və sektoral islahatlara,həmçinin institusional potensialın və əlaqələndirmənin inkişafınaxüsusi diqqət yetirir.

Избранный
5
az.trend.az

1Источники