RU

“Upsilon MMC” və “Amal Group” arasında qalmaqal Kimin kimə borcu var?

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Amal Group” Məhdud Məsuliyyətli Cəmiyyəti bəzi KİV-də və sosial şəbəkələrdə şirkət haqqında yayılan məlumatlara münasibət bildirib.

Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, yayılan məlumatlar “Amal Group”un işgüzar fəaliyyətinə zərər vermək məqsədi daşıyır.

“Amal Group” bu məsələdə “Upsilion” MMC-ni ittiham edib: 

“Həmin məlumatlarda əvvəl guya təchizatçıların pulunun verilməməsi ilə başlayaraq, sonda guya “Amal Group” “MMC-nin Upsilon” MMC-yə olan borcunu qaytarmadığı qeyd edilir. Nəzərinizə çatdırmaq istəyirik ki, qarşı tərəf danılmaz fakt və sübutlarla artıq müyyən olunmuş məlumatları təhrif edir. Bu səbəbdən fakt və sübutları ictimaiyyətə təqdim etməyi özümüzə borc bilirik.

Belə ki, 2025-ci ilin əvvəlində “Upsilion”un nümayəndəsi Rəşad Quliyev tərəfindən müxtəlif saytlarda və digər sosial şəbəkələrdə “Amal Group” barəsində əsası olmayan məlumatlar paylaşılır. Bundan sonra tərəfimizdən belə məlumatların yayılmasının Rəşad Quliyevə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri olaraq ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin bununla bağlı Qərardadı var. Həmin Qərardadın qüvvədə olmasına baxmayaraq, yenidən eyni addım atıb. Bununla yanaşı məhkəmə onun həmin məlumatlarla bağlı təkzib verməsinə, cavabdeh tərəfindən üzr istənilməsinə dair qərar qəbul edib.

Bundan başqa, “Amal Group” MMC tərəfindən “Upsilion” MMC-yə qarşı Şirvan Kommersiya Məhkəməsində tərəflər arasında olan müqavilənin vaxtında, keyfiyyətli və düzgün icra edilməməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi irəli sürülmüş və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2000/2025 saylı 28.08.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Upsilon MMC-dən AMAL GROUP MMC-nin xeyrinə 462155,40 (dörd yüz altmış iki min yüz əlli beş manat 40 qəpik) manat məbləğində pulun tutulması qət edilmişdir. Hesab edirik ki, belə bir qətnamənin mövcud olduğu halda “Upsilion” MMC-nin “Amal Group” MMC-dən pul tələb etmasi gülünc doğurur. 

Hazırda taqdim etdiyimiz məlumatlarda Azərbaycan Respublikasının adından qəbul edilmiş məhkəmə sənədlərinə istinad edilir. Bu sənədlərdən qarşı tərəf də məlumatlıdır. Onu da bildirmək istəyirik ki,  heç bir əsası olmadan şirkətin işgüzar nüfuzunu zədələməyə hesablanan addımlarla bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
qafqazinfo.az

1Источники