Artıq xal hədəfimizi yüksəldə bilərikmi? Doğrudanmı hətta ilk “24-lüy”ə düşmək də mümkündü? Bununla bağlı təcrübəli mütəxəssislərdən Azər Bağırovla Şahin Diniyevin fikrini öyrəndik.
Azər Bağırov:
“Benfika” ilə oyun göstərdi ki, “Qarabağ”ın gücü var. Yeni transferlərin uyğunlaşması da qısa zamanda baş verir. Böyük itki də yoxdu. Digər klublar “Benfika” “Qarabağ”a yanaşdığı kimi yanaşmayacaq, daha ciddi hazırlaşacaqlar. Məncə, “Qarabağ”ın işi bundan sonra daha çətin olacaq. Xal və xallar qazanaraq istədiyimiz nəticəni də əldə edə bilərik. Pley-offa yüksəlmək də mümkündü. Ən pis halda komandanın bütün oyunlarda döyüşkən mübarizə aparacağına inanıram”.
Şahin Diniyev:
“Benfika” üzərindəki qələbədən sonra nəsə proqnozlaşdırmaq daha çətindi. Bu qələbədən sonra hər komanda “Qarabağ”a çox ciddi yanaşacaq. Bundan sonra da xal və xallar qazanmaq mümkün olacaq. Amma qətiyyən eyforiyaya qapılmaq olmaz. Çünki xala ehtiyacı olan başqa komandalar da var. Bundan sonrakı oyunlarda istənilən halda qazanılan xallar təcrübə əldə etmək baxımından irəli atılan addım sayılacaq”.
MÜZƏFFƏR QULUZADƏ