Kolumbiyada sentyabrın 11-də qızıl mədənində baş verən çökmə nəticəsində həyatını itirən 8 mədənçinin cəsədi tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Cauca bölgəsinə bağlı Santander de Quiliçao kəndində baş verən çökmədən sonra başladılan axtarış-xilasetmə işləri başa çatıb.
İş maşınları və könüllülərin günlərlə davam edən səyləri nəticəsində 8 mədənçinin cəsədi çıxarılıb.
Şimali Cauca Yerli Şuralar Assosiasiyası bildirib ki, mədənçilər oksigen çatışmazlığı səbəbindən həyatlarını itiriblər.