RU

Gəlir vergisinə tətbiq edilən güzəşt bitir: İqtisadiyyat nə qazanıb, nə itirəcək?

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Özəl sektorda gəlir vergisinə güzəşti ancaq iqtisadiyyatda neftdən gələn gəlirin çəkisi 50 faizə endirildikdən sonra ləğv etmək olar".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddətinin 2026-cı ilin yanvarın 1-də bitməsilə, onun uzadılmayacağı fonunda baş verə biləcəklərə aydınlıq gətirərkən deyib. 

"Ölkənin bəzi makroiqtisadi göstəriciləri var. Bizim hələ də 90 faiz civarında neft amilindən asılılığımız davam edir. Belə bir vəziyyətdə, özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəşti ləğv etməklə başladığımız işi yarımçıq qoyaraq geri çəkəcəyik", deyə ekspert bildirib.

Həmsöhbətimiz sözügedən güzəşt müddətinin artırılmasının tərəfdarıdır:

"Həmin güzəştin müddəti 2026-cı ilin əvvəlində başa çatır. Düşünürəm ki, güzəşt müddətini 2030-cu ilə qədər uzatmalıyıq. Aydındır ki, vergi iqtisadiyyatın onurğa sütunudur. Ancaq gələcəkdə bundan daha çox mənfəət götürə biləcək mühit yarada biləcəyiksə, onu tətbiq etmək lazım deyil. ƏDV-nin geri qaytarılmasından milyondan çox insan istifadə edir. Bu isə gizli iqtisadiyyatın "ağarması" deməkdir. Vətəndaş ƏDV-dən onlara qaytarılan gəlirdə maraqlıdır. Özəl sektorda gəlir vergisinə tətbiq edilən güzəşti ancaq iqtisadiyyatda neftin payı 50 faizə endirildikdən sonra tətbiq etmək olar".

İqtisadçı düşünür ki, indiki halda həmin güzəştin ləğvi yenidən gizli iqtisadiyyatın baş qaldırmasına rəvac verəcək:

"Həmin 14 faizlik vergini ödəməmək üçün sahibkarlar işçilərinə maaşları yenə də müxtəlif üsullarla ödəməyə keçəcəklər".

Qeyd edək ki, gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Bu güzəşt 2019-cu ildən tətbiq edilir. Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14 faiz vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14, ondan çox olan hissəsindən isə 25 faiz  vergi tutulacaq. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
qaynarinfo.az

1Источники