RU

“Millennium” dondurma markası niyə cərimələnir ? – SƏBƏB

“Millennium” markalı dondurma istehsalçısı “Rich S.A” MMC şirkəti ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şirkətlə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 30 sentyabr tarixində hakim Elçin Ağayevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, cərimələnməsi gözlənilən dondurma şirkəti “Rich S.A” MMC məşhur “Millennium” markalı dondurmanın istehsalçısıdır. “RICH S.A” şirkətinin direktoru Əvəz Səfərlidir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Избранный
7
1
tribunainfo.az

2Источники