RU

Yusuf Tekin: Türkiyə ilə Azərbaycanın əldə etdiyi təhsil nailiyyətlərini paylaşması olduqca önəmlidir  

“Bir millət, iki dövlət” şüarını artıq mənimsəmişik, bundan qürur duyuruq. Amma bizə düşən borc bu qüruru gələcək nəsillərə də, övladlarımıza da, nəvələrimizə də dəyər, miras olaraq qoymaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində Türkiyənin milli təhsil naziri Yusuf Tekin deyib.

Nazir bildirib ki, Bakı Türk Anadolu Liseyi gələcək nəsillərə ötürüləcək çox önəmli bir addımdır: “Bu gün burada açılışını etdiyimiz məktəb bu dostluq əlaqələrinə ciddi şəkildə töhfə verəcək. Yaşadığımız dövr təhsili dünyada çox fərqli bir mərhələyə gətirib çıxarıb. Hər sahədə olduğu kimi, təhsil sahəsində də çox sürətli dəyişikliklər, çevrilmələr baş verir. Bu dəyişiklikləri yaxalamaq, onları qaçırmamaq üçün iki ölkənin təhsildə əldə etdiyi nailiyyətləri, gəldiyi mərhələni paylaşması olduqca önəmlidir”.

Избранный
3
4
azerbaijan-news.az

5Источники