“Bir çox hallarda ictimai nəqliyyat saat 24:00-a kimi işləyəcək”.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, hazırda yetərli sayda avtobusun daşımalara cəlb edilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələnin sistemli həllinə imkan vermir:
“Bu da marşrutda işləyən avtobuslar arasında intervalın artmasına və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobusların işləməməsi ilə nəticələnir. Xüsusən, axşam saatlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelli olmadığına görə xətdən çıxarılır və və depoya yönləndirilir”.
A.Rzayev əlavə edib ki, yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq:
“Bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək”.
Bir çoxları üçün bu xəbər yenilik kimi görünə, hətta oxucunu sevindirə də bilər. Yəqin elə AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev də məhz xəbərin bu hissəsinin əhalini daha sevindirəcəyini düşündüyündən, bunu yenilik kimi təqdim etməyə çalışır.
Bəs əslində avtobuslar, yəni ictimai nəqliyyat saat neçəyə qədər işləməlidir?
Elə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyininn (AYNA) ötən il mətbuata verdiyi məlumatda avtobusların işinin hərəkət intervalına uyğun olaraq tənzimləndiyini bildirmişdi. Məlumatda qeyd olunurdu ki, sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur:
“Avtobus marşrutlarının iş saatı 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00-23:30-a qədər davam edir”.
Buradan da belə görünür ki, əslində AYNA rəhbərliyi bu xəbəri “yenilik” kimi təqdim etməkdə haqlı imiş, sən demə, indiyə qədər Bakıda heç vaxt gecə saat 24.00-dək işləyən avtobus olmayıb. Adı ictimai nəqliyyat olsa da, özü ictimaiyyəti bəzi ərazilərdə elə saat 21.00-da yolda qoyub depoya gedib. Qiymətlərin artırılmasını hər dəfə israrla tələb edən daşıyıclardan da soruşan olmayıb ki, ay avtobus yiyəsi, bəs bu ictimaiyyət gecə saat 21.00-dan sonra nəylə getməlidir? Əgər adı ictimai nəqliyyatdırsa, o zaman özünü adına layiq aparsın.
Məsələn, Bakı metrosu ictimai nəqliyyatdır və sərnişin olsa da-olmasa da gecə saat 24.00-dək olan qrafikə əməl edir. Avtobuslarda isə kimin ürəyi nə zaman istədi xətdən çıxa, heç hərəkət etməyə, depoya gedə, sərnişinləri yolda düşürüb “razborkaya” qaça bilər.
Xocasən, Sulutəpə, Hökməli, Qobu yolu ərazilərindən “Əcəmi”, “20 Yanvar”, “Avtovağzal” və əks istiqamətə hərəkət edən 156, 157, 159, 156A, 158 saylı avtoblasları axşam saat ən geci 22.00-da xətdə görmək mümkündür. Sonrası Allah kərim. Əgər 22.00-dan bir dəqiqə gec minik yerinə çatdınsa, evə taksi ilə getməlisən, çünki bu saatdan sonra avtobuslar işləmir. Şəhər mərkəzində də eyni vəziyyətdir, saat 22.00-dan sonra avtobus yoxdur və bu gedişlə heç olmayacaq da.
İndi bunun adına ictimai nəliyyat deməyə min şahid gərək. Elə AYNA-da da vəziyyətin belə olduğunu bizdən daha yaxşı bilirlər, özlərinin xidməti avtomobillə və ya şəxsi maşınla hərəkət etmələri avtobusların ümidinə qalan sərnişinərləri problemlərini görməməyə əsas vermir.
O ki qaldı avtobusların bundan sonra gecə saat 24.00-dək işləyəcəyinə dair AYNA rəhbərliyinin yenilik kimi təqdim etdiyi xəbərə, buna da çox ümid bəsləməyin. Ən azından ona görə ki, Anar Rzayev çıxışında “Bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək” deyib, “Bütün hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək” deməyib.
İndi kimin avtobusu “bir çox hallar”a düşəcəksə, qalanları onlara həsəd aparacaq… O da hələ olsa…
Elnarə Kərimova
“Cebheinfo.az”
Xəbər 34 dəfə oxunub.