Bakı. Trend:
AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu SamirMəhərrəmlini 3 oyunluq cəzalandırıb.
Trend xəbər verir ki, bubarədə qurumun iclasında qərar qəbul olunub.
Bildirilir ki, 18.09.2025-ci il tarixində I Liqada II turun"Şimal" – MOİK oyununun 90+4-cü dəqiqəsində MOİK komandasının 7nömrəli futbolçusun Samir Məhərrəmli təcavüzkar davranışa görəbirbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, MOİKkomandası 900 manat cərimə edilsin (maddə 45.1).