Ajans.az HalkTV-yə istinadənxəbər verir ki, Ərdoğanjurnalistlərinsuallarını cavablandırarkəndeyib: “Açığı, mən bu məsələni tam izləməmişəm. Amma ən yaxşısı bu olsun.” İttifaq ideyası Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı tərəfindən irəli sürülüb. O, ABŞ və İsrailin də daxil olduğu “şər koalisiyasına” qarşı strateji tarazlıq yaratmaq məqsədilə Türkiyə, Rusiya və Çin arasında əməkdaşlığın dərinləşdirilməsini təklif edib. Hazırda Ərdoğanın bu təşəbbüsə münasibəti neytral və qeyri-müəyyən kimi qiymətləndirilir. Lakin mövzu Türkiyə daxili siyasətində və beynəlxalq münasibətlər kontekstində müzakirələrə səbəb olub.