Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ötən ildən etibarən Azərbaycanda şəxsin ölümündən sonra onun orqanlarının transplantasiyası həyata keçirilir. Bu orqanların kimlərə, hansı prinsiplərlə köçürülməsi isə əsas müzakirə mövzularından biridir.
Modern.az-a müsahibə verən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova bu məsələyə də aydınlıq gətirib.
O qeyd edir ki, burada insan faktoru yoxdur:
"Vahid İnformasiya Sistemi özü donor gözləyən şəxsləri göstərir. Təcililik statusu olur. Bu kateqoriyaya əsas ürək və qaraciyər daxildir. Həkim transplantoloq hər ay xəstələri “check up” edirlər və əgər pasiyentin vəziyyəti ağırlaşıbsa, onlar sistemdə təcililiyə daxil olunur. Məsələn, reanimasiyada potensial donor həyatını itirdikdən sonra II qan qrupuna aid qaraciyər təcililik statusunda olan, eyni qan qrupuna aid pasiyentə veriləcək, çünki o ölə bilər. Həmçinin təcililik statusunda olan xəstənin vəziyyəti mütəmadi olaraq qiymətləndirilir. Qaraciyər, böyrəkdə bu 48 saatdan, ürəkdə isə 24 saatdan sonra yenidən yoxlanılır. Çünki o, rəhmətə gedə və ya normal siyahıya qayıda bilər".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.