RU

Qarabağ Universitetini seçmək müəllimlər və tələbələr üçün böyük məsuliyyətdir

“Qarabağ Universitetini seçmək həm müəllimlər, həm də tələbələr üçün böyük məsuliyyətdir”.

AzEdu.az “Report”a istinadən xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

Ş.Bayramov Qarabağ Universitetini yalnız ölkənin deyil, eyni zamanda regionun ən müasir universitetlərindən birinə çevriləcəyini bildirib:

"Bu il universitetimizə qəbul olan tələbələrlə görüşdə bu torpaqların azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuz olduğunu diqqətə çatdırdıq. Həmçinin dövlətimizin möhkəmlənməsi yolunda təhsildə uğur qazanmağın zəruriliyini qeyd etdik".

Rektor rəhbəri olduğu universiteti seçmələrinin müəllim heyəti və tələbələr üçün böyük məsuliyyət olduğunu vurğulayıb:

"Bu il universitetimizin klinikasının açılışı oldu. Həmin mərasimdə dövlət başçısının verdiyi tövsiyələrin müəllim heyəti və tələbələrin keyfiyyət inkişafına təkan verəcəyinə dərindən inanırıq".

Избранный
11
1
azedu.az

2Источники