RU

Krımda Rusiyanın "Be-12" amfibiya təyyarələri Ukrayna hərbçiləri tərəfindən məhv edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Müdafiə Qüvvələri Krımda Rusiyanın iki nadir "Be-12" "Çayka" amfibiya təyyarəsini və bir "Mi-8" helikopterini məhv edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz "Telegram" kanalında məlumat verilib.
"İşğal olunmuş Krımda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Kabuslar" xüsusi təyinatlı bölməsi Rusiyanın iki "Be-12" "Çayka" sualtı qayıq əleyhinə amfibiya təyyarəsini məhv edib. Bu ilk dəfədir ki, "Be-12" məhv edilir", - deyə məlumatda bildirilib.
Həmçinin "Kabuslar" Rusiyanın çoxməqsədli helikopteri olan "Mi-8"i də yandırıb.
Qeyd olunub ki, "Be-12" "Çayka" amfibiya təyyarəsi sualtı qayıqların aşkarlanması və döyüş aparılması üçün qiymətli avadanlıqla təchiz edilib.
Избранный
8
1
oxu.az

2Источники