RU

AYNA sədri: İctimai nəqliyyatda "tarif menyu"suna keçid üzərində iş gedir

Nağdsız sistemin genişlənməsi “Tarif menyusu”na keçidi sürətləndirəcək...

Bunu “APA-Economics”in sualına cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

İctimai nəqliyyatda “tarif menyu”sunun tətbiq edilməsini çox istəyirik. Yəni, bir xətt üzrə müəyyən zaman kəsiyində bir neçə marşrutdan istifadə, aylıq və illik paketlərin tətbiqi buna aid ola bilər. Xarici təcrübədə bu geniş yayılıb.

Amma hazırsa burada tətbiq edilməsi üçün bütün sistemin nağdsız ödənişlərə keçidi zəruridir: “Bu sistem tamamilə elektron olmalıdır ki, hər hansı bir vətəndaş aylıq və ya aylıq paket alırsa, sistem onu tanıya bilsin. Əks halda bir nəqliyyat vasitəsi bileti tanıyacağı halda digəri elektron sistemə keçmədiyi üçün tanımayacaq”.

O əlavə edib ki, bu sahədə yeni fərmanın tətbiqi ilə elektron, yəni nağdsız sistemə keçid ciddi şəkildə sürətlənəcək. Bunun üzərində də hazırda iş gedir:

“Sərnişin daşımalarında elə avtobuslar var ki, nağdsız ödəniş aparatları fiziki olaraq yerləşmir. Hazırda lazımdır ki, operatorlar yeni avtobuslar alsınlar. Müsabiqə keçirək, operator udsun və sərnişindaşımaya cəlb olunsun. Bu isə zaman tələb edir”.

Poliqon.info

Избранный
8
20
poliqon.info

10Источники