ABŞ prezidenti Donald Tramp Çarli Kirklə vida mərasimində İlon Maskla söhbətini müsbət qiymətləndirib.
Tramp jurnalistlərə deyib: "İlon yaxınlaşıb salamlaşdı. Düşünürəm ki, gözəl oldu, bir qədər söhbət etdik". O, söhbətin təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, Tramp və Mask Arizona ştatının Qlendeyl şəhərindəki State Farm Stadium-da konservativ fəal Çarli Kirklə vida mərasimində yan-yana oturublar. Bu, onların əvvəlki narazılıqdan sonra ilk ictimai görüşlərindən biridir.