RU

Üzgüçülüyün inkişafı üzrə əməkdaşlıq memorandumu imzalandı

​BAKI, 22 sentyabr. TELEQRAF

Avropa Su İdmanı Federasiyası (EA), Azərbaycan ÜzgüçülükFederasiyası (ASF), Azərbaycan Tibb Universiteti (AMU) vəAzərbaycan İdman Akademiyası (ASA) və arasında çoxşaxəliəməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Memorandum imzalanıb.

Sənədin imzalanma mərasimi Gənclər və İdman Nazirliyindənazir Fərid Qayıbovun iştirakıyla keçirilib. MemorandumuAvropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva,Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev vəAzərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliimzalayıblar.

Tədbirdə vurğulanıb ki, bu əməkdaşlıq çərçivəsində təhsil, elmi-tədqiqat, idman tibbi və peşəkar üzgüçülüyün inkişafına yönəlikyeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanüzgüçülüyünün inkişafına mühüm töhfə verəcək bu əməkdaşlıqölkəmizin idman sahəsində yeni imkanların açılmasına şəraityaradacaq.

Xatırladaq ki, bu ilin aprel ayında EA prezidenti Antonio Silva və birinci vitse-prezidenti Yosip Varvodiç Bakıya səfər ediblər. Onlar Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi iləgörüşərək əməkdaşlığın möhkəmləndirilməsi, üzgüçülüyünbütün növləri üzrə kütləviliyin artırılması və yeni tərəfdaşlıqimkanlarını müzakirə ediblər.


Избранный
3
4
teleqraf.com

5Источники