RU

Gəlinini 24 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini, 1990-cı il təvəllüdlü Hafizə Rzayeva yaşadığı evdə öldürülüb.

İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Ş.Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ş.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

Məlumata görə, Ş.Hüseynov H.Hüseynovanı 24 bıçaq zərbəsi ilə qətlə yetirib.

Избранный
4
12
konkret.az

10Источники