RU

Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib

Ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə “2025–2026-cı tədris ili: elm və ali təhsildə yeniliklər və hədəflər” mövzusunda tədbir keçirilib. Görüşdə əsas məqsəd qarşıdakı tədris ili üçün prioritet istiqamətləri və islahat gündəmini müzakirə etmək olub.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, həmçinin ölkənin ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Nazir Əmrullayev çıxışında ali təhsilin məzmununda yeniliklər, maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, eləcə də ali məktəblərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması istiqamətində görüləcək işləri açıqlayıb.

Tədbirdə həmçinin 2025–2026-cı tədris ili üzrə qəbul nəticələri, yeni təhsil proqramlarının tətbiqi və maliyyələşdirilməsi, elmi prioritetlərin müəyyənləşdirilməsi, idarəetmənin keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

Ali məktəblərin inkişafı ilə bağlı təkliflər təqdim edilib, qarşıdakı dövr üçün fəaliyyət planları nəzərdən keçirilib.

Избранный
19
anews.az

1Источники