RU

Amerikalıların 63 faizi BMT-nin pis fəaliyyət göstərdiyini düşünür - SORĞU

Bakı, 22 sentyabr, AZƏRTAC

“Gallup” şirkətinin ABŞ-da keçirdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulanların 63 faizi BMT-nin pis fəaliyyət göstərdiyini, yalnız 32 faizi bunun əksini düşünür.

AZƏRTAC xəbər verir ki, amerikalıların əksəriyyətinin fikrincə, BMT müharibələri və ya münaqişələri həll etmək üçün yetərincə iş görmür, "qeyri-effektivdir və real təsirə malik deyil".

Eyni zamanda, sorğu göstərib ki, respondentlərin 60 faizi hazırda BMT-nin mühüm rol oynadığına inanır, 38 faizi isə bununla razı deyil. Amerikalıların azı 79 faizi ABŞ-ın təşkilatın üzvü olaraq qalmasını istəyir.

Sentyabrın 9-da BMT Baş Assambleyasının 80-ci yubiley sessiyası işə başlayıb. Sessiya çərçivəsində ənənəyə uyğun olaraq yüksəksəviyyəli həftə keçiriləcək. Ümumi debatlar sentyabrın 23-dən 27-dək, həmçinin sentyabrın 29-da olacaq.

Избранный
30
3
azertag.az

4Источники