RU

Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq

Azərbaycanda ictimai nəqliyyatda vahid nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra təqaüdçülər, tələbələr və digər sosial qruplar üçün güzəştli gediş haqqı mexanizmləri nəzərdə tutulacaq. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev brifinq zamanı bildirib.

Anar Rzayevin bu mexanizmlərin nə zaman baş tutacağı barəsində məlumat verməyib. 

Rzayevin sözlərinə görə, yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, şəffaf və izlənilə bilən ödəniş sisteminin yaradılmasıdır. Bu sistem daşıyıcıları nağdsız rejimə sürətli keçidə təşviq edəcək.

O əlavə edib ki, paytaxtda fərdi avtomobillərin kütləvi şəkildə hərəkəti tıxacların yaranmasına, ictimai nəqliyyatın hərəkət qrafikinin pozulmasına, ekoloji və akustik çirklənmənin artmasına səbəb olur. Rzayev bu çətinliklərin həlli üçün ödənişli hərəkət zonalarının tətbiqinin beynəlxalq təcrübəyə əsaslandığını bildirib.

Gülnar 

 

Избранный
7
1
anews.az

2Источники